Ana Sayfa > Karusel / Dünya > İtaliya Baş naziri Çinə səfər edəcək

İtaliya Baş naziri Çinə səfər edəcək


25-07-2024, 14:07. Yazar: Admin

İtaliyanın Baş naziri Giorgia Meloni və ÇXR sədri Si Cinpin

 

İtaliyanın Baş naziri Giorgia Meloni Çinə səfər edəcək.

Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şənbə günü (27 iyul) İtaliya hökumət başçısının Çinə beş günlük dövlət səfəri başlayır.

Səfər zamanı Meloninin Çin Xalq Respublikasının sədri Si Cinpin və ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, keçən il İtaliyanın Çinin nəhəng “Bir Kəmər və Yol” infrastruktur layihəsindən çıxması ilə iki ölkə arasında münasibətlər soyuyub.

Meloni Baş nazir olmazdan əvvəl İtaliyanın layihədə iştirakını səhv kimi xarakterizə etmişdi.


Geri dön