Ana Sayfa > Karusel / Kriminal > FTX direktoru: Moskvada avtomobili partladan şəxs Türkiyəyə qaçıb
FTX direktoru: Moskvada avtomobili partladan şəxs Türkiyəyə qaçıb24-07-2024, 17:19. Yazar: Admin |
Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. Xidmət rəhbəri onun Rusiyaya ekstradisiyası barədə sualı da cavablandırıb. O bildirib ki, hazırda həmin şəxsin həbs olunması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparılır. Qeyd edək ki hadisə şəhərin Sinyavinskaya küçəsindəki yaşayış binasının yaxınlığında baş verib. Nəticədə iki nəfər yaralanıb. Geri dön |