Ana Sayfa > Karusel / Dünya > “Baydenin seçki kampaniyasından çəkilməsi vətənpərvərlik aktıdır”- Hillari KLİNTON

“Baydenin seçki kampaniyasından çəkilməsi vətənpərvərlik aktıdır”- Hillari KLİNTON


24-07-2024, 16:45. Yazar: Admin

ABŞ prezidenti Co Baydenin seçki kampaniyasını dayandırmaq qərarı vətənpərvərlik aktıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “New York Times” üçün köşə yazısında yazıb.

Siyasətçi qeyd edib ki, vitse-prezident, Demokratlar Partiyasının mümkün namizədi Kamala Harris seçki yarışında qalib gələ bilər.

“Tarix bizi izləyir. Prezident Baydenin kampaniyasını bitirmək qərarı həyatım boyu gördüyüm ən təmiz vətənpərvərlik aktı idi. Bu həm də hamımız üçün onun millətimizin ruhu uğrunda mübarizəsini davam etdirmək üçün hərəkətə çağırış olmalıdır”, – Klinton qeyd edib.

Klinton bildirib ki, siyasi baxımdan qarşıdakı 15 həftə ABŞ-ın indiyədək yaşadığı heç bir şeyə bənzəməyəcək.

“Şübhəsiz ki, Demokratlar bu yarışda qalib gələ bilər və qazanmalıdır” deyib.


Geri dön