Ana Sayfa > Karusel / Dünya > Norveçdə batan balıqçı gəmisində üç Rusiya vətəndaşı ölüb
Norveçdə batan balıqçı gəmisində üç Rusiya vətəndaşı ölüb24-07-2024, 15:26. Yazar: Admin |
Norveçə aid “Argos Georgia” balıqçı gəmisinin Folklend adaları yaxınlığında qəzaya düşməsi nəticəsində ölənlərdən üçü Rusiya vətəndaşıdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib ki, göyərtədə olan 27 nəfərdən səkkizi Rusiya vətəndaşı olub. Onlardan 4-ü sağdır, biri isə itkin düşüb. Batan gəmidən 14 nəfər xilas edilib, heyət üzvlərinin şəxsiyyəti tam olaraq müəyyənləşdirilib. Onların 10 nəfəri İspaniya, beşi İndoneziya, ikisi Uruqvay, digər ikisi isə Peru vətəndaşları olub. Geri dön |