Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstan KTMT-yə üzv olmaq istəyir?- Rusiya XİN-dən AÇIQLAMA
Ana Sayfa > Karusel / Region > Gürcüstan KTMT-yə üzv olmaq istəyir?- Rusiya XİN-dən AÇIQLAMA

Gürcüstan KTMT-yə üzv olmaq istəyir?- Rusiya XİN-dən AÇIQLAMA


24-07-2024, 15:10. Yazar: Admin

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanın KTMT-yə mümkün daxil olması ilə bağlı sualı cavablandırıb.

Qarabaginfo.az xəbər verir ki, o, Gürcüstanın KTMT-yə dəvət edilməsi və dövlət çevrilişi baş verəcəyi təqdirdə ölkəyə yardım göstərilməsi ilə bağlı bəyanatın Rusiyanın rəsmi rəyinə aidiyyəti olmadığını bildirib.

XİN rəsmisinin fikrincə, bu və ya digər təşkilata üzv olmaq barədə qərarı müstəqil qəbul etmək dövlətin suveren hüququdur.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin qətlinə hazırlıq işlərini araşdırmağa başlayıb. Qurumun məlumatına görə, cinayəti ölkənin hazırda Ukraynada olan keçmiş dövlət məmurları planlaşdırıb. Dövlət Təhlükəsizlik Xidməti hökuməti devirmək üçün sui-qəsdin hazırlandığından şübhələnir.


Geri dön