Ana Sayfa > Karusel / Region > İran İslam Respublikasının parlamentində gərginlik yaşanıb
İran İslam Respublikasının parlamentində gərginlik yaşanıb24-07-2024, 13:16. Yazar: Admin |
İran İslam Respublikası parlamentinin bugünkü iclasında gərginlik baş verib. Qarabaginfo.az ISNA-ya istinadən xəbər verir ki, parlament iclasında Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtirlənməsinin aradan qaldırılması ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbul edilmədiyini açıqlayıb. Bu isə parlament iclasında bir neçə dəqiqəlik gərginliyə səbəb olub. Qeyd edək ki, İranda internetin senzurası davam edir və bir çox saytlara giriş qadağan edilib. Geri dön |