Ana Sayfa > Karusel / Gündəm > Gəncədəki Rus Pravoslav kilsəsində ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərini anma mərasimi keçirilir

Gəncədəki Rus Pravoslav kilsəsində ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərini anma mərasimi keçirilir


14-10-2020, 11:36. Yazar: Admin

 

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktlı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilir.

Qarabaginfo.az-ın məlumatına görə, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Kilsənin keşişi Denis Sotnikov Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Gəncənin raket atəşinə tutulması nəticəsində Aleksandr Nevski Rus Pravoslav kilsəsinə də ziyan dəyib.

 


Geri dön