ABŞ prezidenti Co Bayden və köməkçiləri onun prezidentlik yarışından geri çəkilməsi ilə bağlı xalqa müraciət hazırlamağa başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Müraciətdə onun nə üçün seçkilərdə iştirakdan imtina etmək qərarına gəldiyi daha ətraflı izah ediləcəyi bildirilir.
Müraciətin dəqiq nə vaxt baş tutacağı məlum deyil.