Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezidentin köməkçisi: “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”
Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi: “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”

Prezidentin köməkçisi: “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”


14-10-2020, 11:05. Yazar: Admin

Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, - deyə H. Hacıyev qeyd edib.   

Hikmət Hacıyev: "Qaydalara hamımız əməl etməliyik"


Geri dön