Ana Sayfa > Karusel / Dünya > Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır

Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır


22-07-2024, 20:48. Yazar: Admin

Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib.

Bu barədə məlumatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yayıb.

O, qəbul edilmiş “tarixi qərarlara” görə Avropa İttifaqına təşəkkür edib.

Mirzoyan Aİ-nin xarici işlər nazirləri səviyyəsində Ermənistana Avropa Fondu çərçivəsində dəstək vermək və viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün qəbul etdiyi tarixi qərarları alqışladıqlarını bildirib.

Bundan əvvəl məlum olub ki, Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardımı təsdiqləyib.

Ararat Mirzoyan bu qərarı “Ermənistan və Aİ arasında tərəfdaşlığın dərinləşməsi yolunda mühüm addım adlandırıb.


Geri dön