Ana Sayfa > Karusel / Siyasət > Yaponiya Baş naziri İran prezidenti ilə telefon söhbəti aparıb

Yaponiya Baş naziri İran prezidenti ilə telefon söhbəti aparıb


22-07-2024, 17:09. Yazar: Admin

Yaponiya ümid edir ki, İran Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsində və beynəlxalq ictimaiyyətlə əməkdaşlığın inkişafında daha konstruktiv rol oynayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida İranın seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.

“Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Kişida İranın Yaxın Şərqdə sülh və sabitliyin təşviqində və beynəlxalq ictimaiyyətlə əməkdaşlığın inkişaf etdirilməsində daha konstruktiv rol oynayacağına böyük ümid etdiyini bildirib”, – Yaponiya Xarici İşlər Nazirliyi bildirib.

Liderlər İranın nüvə problemini müzakirə ediblər və həmçinin dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Kişida isə öz növbəsində ikitərəfli münasibətlərin inkişafı üçün çalışmaq niyyətində olduğunu bildirib.


Geri dön