Ana Sayfa > Karusel / Gündəm > Jalə Əhmədova seçkilərdə iştirak etməyəcək

Jalə Əhmədova seçkilərdə iştirak etməyəcək


22-07-2024, 16:49. Yazar: Admin

Jalə Əhmədova seçkilərdə iştirak etməyəcək

 

VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq onun köməkçisi məlumat verib.

 

O bildirib ki, xanım deputat seçkilərdə iştirak etmək niyyətində deyil.

 

Qeyd edək ki, Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının və Azərbaycan Autizm Assosiasiyasının Prezidentidir. O, son seçkidə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.

 

Yeni Azərbaycan Partiyasının (YAP) Salyan seçki dairəsindən namizədi Milli Məclisin komitə sədri Sadiq Qurbanovdur.


Geri dön