Ana Sayfa > Karusel / Dünya > İlon Mask Kamala Harrisi Sorosun “kuklası” adlandırıb

İlon Mask Kamala Harrisi Sorosun “kuklası” adlandırıb


22-07-2024, 12:40. Yazar: Admin

Amerikalı sahibkar İlon Mask prezident postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harrisi məşhur amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun “kuklası” adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən Aleksandr Sorosa hər kəsi kimin növbəti “kukla” olacağı məsələsində intizarda saxlamadığına görə təşəkkür etmək istərdim”, – Mask qeyd edib.

Qeyd edək ki, Aleksander Soros Kamala Harrisi dəstəklədiyini deyib və hamını onun ətrafında birləşməyə və Donald Trampı məğlub etməyə çağırıb.


Geri dön