Ana Sayfa > Karusel / Qarabağ > "Atəşkəs pozulan mövqeyə qarşı təmkinli davranmalı deyilik" - AÇIQLAMA
"Atəşkəs pozulan mövqeyə qarşı təmkinli davranmalı deyilik" - AÇIQLAMA22-07-2024, 11:12. Yazar: Admin |
Dünən Kəlbəcər rayonu istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. İnsident Ermənistan Baş naziri Nikol Paşinyanın Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən imtina etməsindən sonraya təsadüf edir.
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan baş nazirinin Londonda Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi və daha əvvəl də Ermənistan iqtidarında təmsil olunan yüksək hərbi və mülki vəzifəli şəxslərin ərazi iddiaları və güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər bu gün Azərbaycan-Ermənistan sərhədində öz əksini tapır:
“Dəfələrlə atəşkəsin pozulması sonrasında ciddi və sarsıdıcı zərbələrə məruz qalan məğlub Ermənistan başına gələn fəlakətlərdən düzgün nəticə çıxarmır. Əksinə regiondan kənar qüvvələrin, xüsusilə də Fransanın maraqları çərçivəsində təxribatlardan əl çəkmir”.
Ekspertin sözlərinə görə, bu təxribatların qarşısının alınmasının ən səmərəli üsulu düşmənin döyüş mövqelərinin darmadağın edilməsi, mövqe Azərbaycan üçün əhəmiyyət daşıyırsa Azərbaycan ordusunun şəxsi heyətinin və bayrağının yerləşdirilməsidir:
“Əgər həmin mövqelər strateji əhəmiyyət daşımırsa, daim atəş altında saxlanılmalı və düşmən əsgərlərinin yerləşdirilməsinə imkan verilməməlidir. Yalnız bundan sonra Ermənistan tərəfi atəşkəs pozuntusunun nə ilə nəticələnəcəyinə dair geniş təsəvvürlər əldə edə biləcək. Başqa sözlə desək, biz atəşkəs pozulan mövqeyə qarşı təmkinli davranmalı deyilik. Zərbə vaxtında endirilməlidir ki, Ermənistan tərəfi gələcək fəaliyyətlərini buna görə tənzimləyə bilsin”. Geri dön |