Ana Sayfa > Karusel / Siyasət > Xameneidən parlamentə Pezeşkianla bağlı ÇAĞIRIŞ
Xameneidən parlamentə Pezeşkianla bağlı ÇAĞIRIŞ22-07-2024, 10:58. Yazar: Admin |
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei 12-ci dövr parlamentin deputatları ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, Xamenei İran deputatlarla görüşdəki çıxışında onların vəzifələrinə toxunaraq deyib: "Parlament təkcə sual verən bir qurum deyil, həm də cavab verən bir orqandır. Mənim sizə qəti tövsiyəm parlamentin yeni hökumətlə konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməsidir. Çünki prezidentin və yeni hökumətin uğuru hamımızın uğurudur". Xamenei deyib ki, ölkə mühüm məsələlərdə həmrəy olmalıdır: Parlamentin xalq üçün gərginlik mənbəyi olmamasının vacibliyini bildirən Xamenei, “bəzən millət vəkilləri cümə xütbələrində çıxışlar edirlər; harda danışırsınız danışın, amma xalqa ümid verən, birlik və həmrəylik tərəfdarı olduğunu göstərən çıxışlar edin!”. İslam İnqilabının rəhbəri deyib ki, parlamentin etməli olduğu ən mühüm şey yeni seçilən prezident Pezeşkianın kabinetini təsdiqləməkdir. Geri dön |