Ana Sayfa > Karusel / Dünya > Mayk Conson: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq
Mayk Conson: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq22-07-2024, 08:30. Yazar: Admin |
“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyi noyabrda keçiriləcək seçkilərdə demokratların mövqeyini gücləndirməyəcək, çünki o, hazırkı dövlət başçısı Co Baydenin uğursuz siyasətinin həmmüəllifi olub” Qarabaginfo.az xəbər verir ki, bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson öz şəxsi “X” hesabında bildirib. Conson həmçinin hesab edir ki, Harris Baydenin prezidentlik vəzifələrini yerinə yetirə bilməməsi barədə məlumatlı idi və ABŞ tarixindəki ən böyük siyasi ört-basdırın müəllifidir. ABŞ qanunverici orqanının aşağı palatasında respublikaçı çoxluğunun lideri Stiv Skaliz isə hesab edir ki, demokratlar Baydeni seçkidən kənarlaşdırmaqla öz seçicilərinə hörmətsizlik ediblər. Geri dön |