Ana Sayfa > Karusel / Dünya > Kremldən Baydenin prezident seçkisindən geri çəkilməsinə ilk reaksiya

Kremldən Baydenin prezident seçkisindən geri çəkilməsinə ilk reaksiya


22-07-2024, 08:12. Yazar: Admin

Kreml Co Baydenin prezidentliyə namizədlikdən imtina etməsi qərarına münasibət bildirib. 

Qarabaginfo.az bildirir ki, Putinin mətbuat katibi Dmitri Peskov SHOT  teleqram kanalı ilə ilə söhbətində bildirib ki, prezident Putin proqnozlaşdırıla bilən namizəd olaraq Baydenin Rusiya üçün daha üstün olduğunu demişdi.

“Amma seçkilərə hələ 4 ay var və bu, çox şey dəyişə bilər. Biz səbirli olmalıyıq və bundan sonra nə baş verəcəyini diqqətlə izləməliyik”.


Geri dön