Ana Sayfa > Karusel / Siyasət > “Azərbaycan və Ermənistan üçün bu il son dərəcə əhəmiyyətlidir” –Almaniya kansleri

“Azərbaycan və Ermənistan üçün bu il son dərəcə əhəmiyyətlidir” –Almaniya kansleri


19-07-2024, 20:58. Yazar: Admin

“Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə söhbət mənim üçün önəmlidir. Bu il bu region üçün son dərəcə əhəmiyyətli ildir. Əgər tərəflər bir-birinə doğru cəsarətli addım atmağa davam edərsə, bu il “sülh ili” ola bilər”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Almaniya kansleri Şolz Avropa Siyasi Birliyinin sammitində mətbuat konfransı zamanı bildirib.

Şolts deyib ki, görüş zamanı fürsətdən istifadə edərək tərəfləri buna çağırıb: “Avropa sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanı bu yolda müşayiət edəcək”.

Kansler deyib ki, hər iki ölkə bir-biri ilə intensiv və konstruktiv danışıqlar aparır: “Bir çox konkret razılaşmalar artıq göz qabağındadır. Və burada söhbət etdiyim hər kəs yekun sülh sazişinin qarşısında duran problemlərin 90 faizdən çoxunun həll olunduğuna inanır. Danışıqlardan bilirəm ki, axırıncı faiz bəzən ən çətin ola bilər. Amma deyirəm ki, mən buna keçən ildəkindən daha çox ümidlə baxıram”.


Geri dön