Ana Sayfa > Karusel / Dünya > “Bayden namizədliyini geri götürməyə qərar verib”
“Bayden namizədliyini geri götürməyə qərar verib”19-07-2024, 16:08. Yazar: Admin |
“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib. Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftəsonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”. Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilməyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Geri dön |