Ana Sayfa > Karusel / İnfrastruktur > AYNA: Hazırda Bakıda 1 270 avtobus dayanacağı var

AYNA: Hazırda Bakıda 1 270 avtobus dayanacağı var


19-07-2024, 11:58. Yazar: Admin

AYNA: Hazırda Bakıda 1 270 avtobus dayanacağı var

Hazırda Bakı şəhəri üzrə 1 270 avtobus dayanacağı mövcuddur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, dayanacaqların yerləşdirilməsi üçün müvafiq şəraitin olması vacibdir və dayanacaqlar buna uyğun olaraq quraşdırılır.

Anar Rzayev onu da əlavə edib ki, mövcud dayanacaqların yenilənməsi və yenilərinin quraşdırılması istiqamətində işlər daim aparılır.


Geri dön