Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Trampla telefonla danışıb

Ərdoğan Trampla telefonla danışıb


18-07-2024, 19:23. Yazar: Admin

Ərdoğan Trampla telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 45-ci prezidenti və hazırda prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.

Qarabaginfo.az NTV-yə istinadən xəbər verir ki, danışıq zamanı Trampa qarşı sui-qəsd cəhdi və ondan sonra baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan danışıq zamanı Trampa qarşı sui-qəsdi bir daha pisləyib, hücumdan kədərləndiyini bildirib və tezliklə sağalmasını arzulayıb.


Geri dön