Ana Sayfa > Karusel / Multimedia > “Aztelekom”un 100Mbit/s internet verməyə heç bir texniki imkanı yoxdur” –Ekspertdən sərt etiraz

“Aztelekom”un 100Mbit/s internet verməyə heç bir texniki imkanı yoxdur” –Ekspertdən sərt etiraz


18-07-2024, 16:05. Yazar: Admin

“Aztelekom”un hər bir müştəriyə 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”.

Qarabaginfo.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz provayderlərin qiymət artımı ilə bağlı qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, “Aztelekom” tarana gedir. “Açıqlayıblar ki, dövlət provayderi də olsaq qiymətləri 40% qaldıracağıq. Gətidikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir. “Aztelekom”un tarana getməsi ilk öncə onun göstəricisidir ki , hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil”.

 

Ekspertin sözlərinə görə, yenicə magistral (backbone) statusu qazanan Aztelekom-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiytləi servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur: “İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb Aztelekomun elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki Aztelekom-da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək Aztelekom hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir ? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin Aztelekom bunu qapalı saxlayır. Çünki bilir ki aldığı ilə satdığı arasında dağ boyda ferq var”-deyə O. Gündüz vurğulayıb.
O qeyd edib ki, “Aztelekom” çox güman ki, müqavilədə nəzərdə tutulanı deyil – aşağı sürətləri təqdim edəcək. Sadə vətəndaşların bundan xəbəri olmayacaq, onlara qarşı sadəcə “çəkidə oğurlamaq” prinsipi tətbiq ediləcək.

Geri dön