ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində işə götürüləcək.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bildirib.
O qeyd edib ki, bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlanmasından xəbər verir.
“Bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlanmasından xəbər verir. Biz mülki müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsini alqışlayırıq”, – Zeya deyib.
Amerikalı əməkdaşın hansı vəzifəni tutacağı məlum deyil.