Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bu ilin I yarısında əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb
Ana Sayfa > Karusel / Sosial > Bu ilin I yarısında əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb

Bu ilin I yarısında əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb


18-07-2024, 11:18. Yazar: Admin

Bu ilin I yarısında əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 4,3 mini təkərli oturacaq (o cümlədən 140-ı mühərrikli təkərli oturacaq), 1,2 min aşağı və yuxarı ətraf, habelə 1,3 min eşitmə aparatı, 1,4 min qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,6 min cüt protez və ortopedik ayaqqabı, 49 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 6 ayı ərzində ümumilikdə 7,7 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


Geri dön