Ana Sayfa > Karusel / Dünya > İlon Mask Kaliforniya qubernatorunun imzaladığı gender qanununa sərt reaksiya verib
İlon Mask Kaliforniya qubernatorunun imzaladığı gender qanununa sərt reaksiya verib18-07-2024, 08:01. Yazar: Admin |
Texnologiya milyarderi sayılan İlon Mask Kaliforniya qubernatoru Gavin Nevsomun ştatda müəllimlərin uşağın icazəsi olmadan gender məlumatlarını valideynlərlə paylaşmasını qadağan edən qanununun uşaqlar üçün təhlükəli olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, “Tesla”, “SpaceX” və “X” kimi şirkətlərin sahibi İlon Mask Kaliforniya qubernatoru Gavin Nevsomun yeni cinsi şəxsiyyət qanununa sərt reaksiya verib. ABŞ-dan müstəqil jurnalist və yazar Maykl Şellenbergerin “X” sosial şəbəkəsi vasitəsilə təhlilini dəstəkləyən Mask "Bu qanunun uşaqlar üçün nə qədər təhlükəli olduğuna dair mükəmməl təhlilinizə görə təşəkkür edirəm" , - deyə təhlili dəstəkləyib. Qeyd edək ki, yeni qanuna görə məktəbli hər hansı bir uşaq əks cins olduğuna və yanlış bədəndə doğulduğuna inanmağa başlasa və cinsini dəyişmək üçün məhkəməyə müraciət etsə bu zaman məhkəmə məxfiliyi tamamilə qorumalıdır və müəllimlərin bununla bağlı valideynlərə nə isə demələri tamamilə qadağandır. Şellenberger məsələyə “Bu təhlükəli bir vəziyyətdir, çünki sonrakı addımda həkimlər bu uşaqlara cinsi yetkinliyin qarşısını alan dərmanlar və əks cinsin hormonlarını verəcək və daha sonra isə əməliyyat təklif edəcəklər” – deyə münasibət bildirib. Mask bu gün “X” hesabında etdiyi paylaşımda Qubernator Nevsomun qərarının “bardağı daşıran son damla” olduğunu bildirərək və “SpaceX” və “X” şirkətlərinin qərargahlarını Kaliforniyadan Texasa köçürəcəyini açıqlayıb. Geri dön |