Ana Sayfa > Karusel / Siyasət / Dünya >  Lavrov Rusiyanın istənilən ABŞ prezidenti ilə işləməyə hazır olduğunu açıqlayıb

 Lavrov Rusiyanın istənilən ABŞ prezidenti ilə işləməyə hazır olduğunu açıqlayıb


17-07-2024, 23:51. Yazar: Admin

 Lavrov Azərbaycana gəlməyə HAZIRLAŞIR

“Rusiya onunla dialoqa girmək istəyən istənilən seçilmiş ABŞ lideri ilə işləyəcək.”

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının iclaslarında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya prezidenti Vladimir Putin bunu bir neçə dəfə deyib. Biz ABŞ-da xalq tərəfindən seçilən və bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən ABŞ lideri ilə işləməyə hazırıq.”, - deyə Lavrov bildirib.

O xatırladıb ki, Moskva ilə Vaşinqton arasında sanksiya müharibəsi ABŞ prezidenti Barak Obamanın dövründə başlayıb. Növbəti lider Donald Trampın dövründə daha çox iqtisadi və diplomatik məhdudiyyətlər var idi, lakin məhdudiyyətlərin tətbiqi ilə paralel olaraq Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə dialoq da olub.

Xatırladaq ki, ötən gün Donald Tramp “Bloomberg“ə müsahibəsində demişdi ki, onun Putinlə yaxşı münasibətləri var və Moskva ilə Vaşinqton arasında qarşılıqlı əlaqə heç vaxt münaqişələr tərəfindən təhdid edilməyib. O, həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının tərəfdarı deyil və onları bəyənmir.


Geri dön