Ana Sayfa > Karusel / Dünya > Yaponiya Rusiyanın aktivlərindən əldə etdiyi 3 milyardlıq gəliri Ukraynaya köçürəcək

Yaponiya Rusiyanın aktivlərindən əldə etdiyi 3 milyardlıq gəliri Ukraynaya köçürəcək


17-07-2024, 16:03. Yazar: Admin

Yaponiya hökuməti Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən gəlir kimi əldə edəcəyi 3,3 milyard dolları verməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Kyodo” agentliyinə bildiriblər.

Bu məbləğ G7 ölkələrinin 2024-cü ilin sonuna qədər Kiyevə təmin etmək barədə razılaşdıqları Ukraynaya ümumi 50 milyard dollar yardımın təqribən 6 faizini təşkil edəcək.

Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə məsələsi iyulun sonunda Rio-de-Janeyroda keçiriləcək G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə daha çox müzakirə olunacaq.


Geri dön