Ana Sayfa > Karusel / Siyasət > YAP tərəfindən namizədliyi yenidən irəli sürülənlər - Siyahı

YAP tərəfindən namizədliyi yenidən irəli sürülənlər - Siyahı


17-07-2024, 13:46. Yazar: Admin

yap-terefinden-namizedliyi-yeniden-ireli-surulenler

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.

Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb. 

Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.

***

Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.

***

VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.

***

VI çağırış parlamentinin deputatı, tanınmış həkim Rəşad Mahmudovun namizədliyi 77 saylı Astara seçki dairəsindən irəli sürülüb.

***

VI çağırış Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Hüseynli də namizədlər siyahısındadır.


Geri dön