Ana Sayfa > Karusel / Dünya > Kadr böhranı yaşayan rus şirkətləri Afrikadan işçi axtarır- Vakansiyaların sayı on dəfə artıb

Kadr böhranı yaşayan rus şirkətləri Afrikadan işçi axtarır- Vakansiyaların sayı on dəfə artıb


17-07-2024, 12:34. Yazar: Admin

Ukraynada müharibənin yaratdığı artan işçi çatışmazlığı fonunda Rusiya şirkətləri kütləvi şəkildə Afrika ölkələrində işçi axtarmağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, 2024-cü ilin birinci yarısında “qara qitə” nümayəndələri üçün vakansiyaların sayı on dəfə artıb.

Rusiya şirkətlərindən olan vakansiyaların sayı ən çox Keniyada artıb – 39 dəfə (2023-də 161, 2024-də 6,4 min vakansiya). Zimbabvedə bu rəqəm 15 dəfə (165), Kamerunda 9 dəfə (130), Zambiyada isə 8 dəfə (224) artıb.

Bundan başqa, Əlcəzairdə vakansiyaların sayında kəskin artım (yeddi dəfə, 1,7 minə qədər) qeydə alınıb. Qeyri-Afrika ölkələri arasında vakansiyaların sayında artıma görə liderlər Albaniya, Pakistan və Belçika olub.

Həmçinin 2024-cü ildə Rusiya şirkətləri ilk dəfə Nepal, Baham adaları, Barbados, Malavi, İslandiya, Syerra Leone, Qabon və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə vakansiya elan ediblər. İlin birinci yarısında sadalanan ölkələrdə iş təkliflərinin ümumi sayı təxminən 300-ə çatıb.

Eyni zamanda, Aİİ üzv ölkələri Rusiya şirkətlərindəki vakansiyaların sayına görə hələ də liderdir: Qazaxıstan (143 min vakant yer) və Belarus (106 min). İlin birinci yarısında onlarda təklif olunan iş yerlərinin sayı müvafiq olaraq 26 və 28 faiz artıb.


Geri dön