Ana Sayfa > Karusel / Multimedia > "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib

"Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib


16-07-2024, 21:27. Yazar: Admin

"Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib

"Azerspace-1" peykinin Mərkəzi Asiya şüasında yayımlanan Türk Dövlətləri kanal paketinə iki Özbəkistan kanalı əlavə olunub.

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın Kosmik Agentliyindən (Azərkosmos) bildirilib.

Məlumata görə, sözügedən “My5 TV” və “Solnechniy TV”nin kanalları 11135 / H / 30000 tezliyində yayımlanır.

Bununla da Azerspace-1 peykinin Mərkəzi Asiya dalğasında yayımlanan kanalların sayı 47-yə çatıb.


Geri dön