Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb
Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb16-07-2024, 21:25. Yazar: Admin |
Rusiyanın Belqorod vilayətində Ukrayna ilə həmsərhəd 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib. O qeyd edib ki, yalnız kişilər zirehli maşınlarda və gülləkeçirməz jiletlərdə müşayiətçi ilə birlikdə buraxılacaq. Qubernator Qladkovun sözlərinə görə, məhdudiyyət “çətin əməliyyat vəziyyəti” ilə əlaqədardır. Bu qəsəbələrə ictimai nəqliyyatın girişi qadağan olunacaq. Tərk edilmiş evlər razılaşdırılmış prosedur və qrafikə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən mühafizə olunacaq. Sakinlər evlərinə getmək istəsələr, qəsəbə və ya bələdiyyə başçılarına ərizə ilə müraciət etməli olacaqlar. Qadınlar və uşaqlar bu qəsəbələrə buraxılmayacaq. Biz yetkin kişiləri yalnız ciddi qaydalara uyğun olaraq buraxacağıq: elektron müharibə aparan zirehli maşında, şəxsi qoruyucu vasitələrdə - gülləkeçirməz jilet və dəbilqə taxaraq, hərbi qulluqçuların və bələdiyyə nümayəndələrinin, o cümlədən özünümüdafiə vasitələrinin müşayiəti ilə. Məhdudiyyətlər iyulun 23-dən qüvvəyə minəcək. Geri dön |