Ana Sayfa > Karusel / Dünya > Makron Fransanın Baş naziri Attalın istefasını qəbul edib
Makron Fransanın Baş naziri Attalın istefasını qəbul edib16-07-2024, 21:10. Yazar: Admin |
Fransa Prezidenti Emmanuel Makron ölkənin Baş naziri Qabriel Attalın istefasını qəbul edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Bildirilib ki, Attal nazirlər kabineti ilə birlikdə yeni hökumət təyin olunana qədər öz funksiyalarını yerinə yetirəcək. Qeyd edək ki, Attal ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə istefa vermək qərarına gəlib. Fransada keçirilən parlament seçkilərində “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. Geri dön |