Ana Sayfa > Karusel / İqtisadiyyat > Aİ-də qaz anbarlarının ehtiyatları 81%-i üstələyib

Aİ-də qaz anbarlarının ehtiyatları 81%-i üstələyib


16-07-2024, 11:32. Yazar: Admin

Aİ-də qaz anbarlarının ehtiyatları 81%-i üstələyib

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 81%-i üstələyib.

Bu barədə Qarabaginfo.az-a  Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 81,02% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,5 faiz bəndi çoxdur. Lakin, bu, 2020-ci ilin rekord göstəricisindən (84%) aşağıdır.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 89 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


Geri dön