Ana Sayfa > Karusel / Kriminal > Koçaryanın cinayət işinə baxan hakimin səlahiyyətlərinə xitam verilib
Koçaryanın cinayət işinə baxan hakimin səlahiyyətlərinə xitam verilib16-07-2024, 10:54. Yazar: Admin |
Robert Koçaryanın cinayət işinə baxan hakim Anna Danibekyanın səlahiyyətlərinə xitam verilib. Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi Anna Danibekyanın intizam məsuliyyətinə cəlb edilməsini tələb edən vəsatətlə Ali Məhkəmə Şurasına müraciət edib. Nazirliyin məlumatına görə, Danibekyan hakimin davranış qaydalarını kobud şəkildə pozub, nəticədə təqsirləndirilən şəxslər, o cümlədən Robert Koçaryan cinayətin müddətinin başa çatması əsasında məsuliyyətdən azad edilib. Geri dön |