Ana Sayfa > Karusel / Region > “Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq”- Metyu Miller

“Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq”- Metyu Miller


16-07-2024, 07:53. Yazar: Admin

“Dövlət katibi Antoni Blinkenin də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü zamanı açılışda dediyi kimi tərəflər inanılmaz irəliləyiş əldə ediblər və uzun yol qət ediblər”

Bu sözləri Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib. O bildirib ki, ABŞ-ın davam edə bilcək işi onları irəli addımlamağa sövq etməkdir.

“Sülh sazişi hər iki xalq və ümumilikdə regionda sülh, stabillik və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh mümkündür, lakin bu tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə təkan verməyə davam edəcəyik”,- deyə Dövlət Departamentinin rəsmisi bildirib(azərtac).


Geri dön