Ana Sayfa > Karusel / Dünya > Zelenski Ukrayna üzrə ikinci sülh konfransına Rusiyanın dəvət olunmasını mümkün sayır

Zelenski Ukrayna üzrə ikinci sülh konfransına Rusiyanın dəvət olunmasını mümkün sayır


15-07-2024, 21:56. Yazar: Admin

 

Ukrayna Prezidenti Vladimir Zelenski

 

Ukraynada sülh üzrə ikinci konfransa hazırlıq məqsədilə 3 görüş keçiriləcək.

Qarabaginfo.az “Korrespondent.net”ə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, ilk görüş Qətərdə energetika məsələləri ilə bağlı, ikinci görüş Türkiyədə Qara dənizdə gəmilərin sərbəst və təhlükəsiz keçidinin təminatı məsələsi ilə bağlı və üçüncvü görüş isə Kanada humanitar məsələlərlə bağlı olacaq.

Ukrayna lideri deyib ki, bu məsələdə razılıq əldə olunsa, noyabrda Rusiyanın iştirakı ilə daha bir konfransın təşkili məsələsinə baxılacaq.


Geri dön