Ana Sayfa > Karusel / Region > Ermənistanın Baş Prokurorluğunda insident
Ermənistanın Baş Prokurorluğunda insident15-07-2024, 21:01. Yazar: Admin |
Ermənistan Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırmağa cəhd edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ev dustağı olan şəxs prokurorla görüşmək istəyib, lakin buna icazə verilməyib. “Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb”, - deyə prokurorluğun məlumatında deyilir.
Geri dön |