Ana Sayfa > Karusel / Gündəm > Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - Rəsmi açıqlama

Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - Rəsmi açıqlama


15-07-2024, 20:59. Yazar: Admin

qurban-qurbanova-bahali-nomre-hediyye-edilib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qarabaginfo.az-a açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”. 


Geri dön