Ana Sayfa > Karusel / Dünya > Bəşər Əsəd Ərdoğanla görüş ehtimalını istisna etməyib
Bəşər Əsəd Ərdoğanla görüş ehtimalını istisna etməyib15-07-2024, 20:58. Yazar: Admin |
Suriya Prezidenti Bəşər Əsəd bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib. Qarabaginfo.az NTV-yə istinadən xəbər verir ki, o bunun görüşün gündəmindən asılı olacağını deyib. Əsədin jurnalistlərin suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib. Xatırladaq ki, Prezident Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər. Geri dön |