Ana Sayfa > Karusel / Region > Zurabişvili "Xarici təsir" qanununun dayandırılması üçün məhkəməyə müraciət edib

Zurabişvili "Xarici təsir" qanununun dayandırılması üçün məhkəməyə müraciət edib


15-07-2024, 17:33. Yazar: Admin

Gürcüstan Prezidenti Salome Zurabişvili

 

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsir” qanununun qüvvəsinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Qarabaginfo.az “1tv.ge”yə istinadən məlumatına görə, iddia ərizəsində göstərilib ki, həmin qanun ölkə Konstitusiyasının 78-ci, yəni “Avropa və Avroatlantik strukturlara inteqrasiya” adlanan maddəsi də daxil olmaqla, bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, sözü gedən qanun ölkə parlamentinin 2024-cü il, mayın 14-də keçirilən iclasında təsdiqlənib.


Geri dön