Ana Sayfa > Karusel / Dünya > Kreml: Trampa sui-qəsd cəhdindən sonra Putinlə onun arasında təmas olmayıb

Kreml: Trampa sui-qəsd cəhdindən sonra Putinlə onun arasında təmas olmayıb


15-07-2024, 13:29. Yazar: Admin

Kreml Baydenin ittihamlarına cavab verib

Donald Trampa sui-qəsd cəhdindən sonra Rusiya Prezidenti Vladimir Putinlə onun arasında təmas olmayıb.

 xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putinlə Tramp arasında təmas planlaşdırılmır.

Peskov Rusiya prezidentinin təhlükəsizliyinin təmin olunmasından da danışıb. Bildirib ki, Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunur: "Baş vermiş hadisədən asılı olmayaraq anlaşılan səbəblərə görə onsuz da Rusiya prezidentinin təhlükəsizliyi gücləndirilib. Beynəlxalq eskalasiya nəzərə alınaraq dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin olunur", deyə Kremlin sözçüsü vurğulayıb.

Geri dön