Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Hadisə > Dənizkənarı Milli Parkda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın xilas edilib - VİDEO
Dənizkənarı Milli Parkda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın xilas edilib - VİDEO15-07-2024, 09:50. Yazar: Admin |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batmaq təhlükəsində olması barədə məlumat daxil olub. Qarabaginfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü E.Şükürova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Geri dön |