Ana Sayfa > Karusel / Təhsil > DİM: İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib

DİM: İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib


14-07-2024, 14:28. Yazar: Admin

 

DİM: İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzdən Qarabaginfo.az-a verilən məlumata görə, imtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.


Geri dön