Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > NATO ölkələri kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq
Ana Sayfa > Karusel / Dünya > NATO ölkələri kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq

NATO ölkələri kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq


14-07-2024, 11:10. Yazar: Admin

NATO ölkələri kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq

NATO-nun 17 ölkəsindən ibarət qrup Alyansın Kosmosdan Davamlı Nəzarət (APSS) proqramına 1 milyard dollar ayırmağı vəd edib.

Qarabaginfo.az xəbər verir ki, NATO-nun veb-saytının verdiyi məlumata görə, o müttəfiqlərin “quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətlərə nəzarət etmək” imkanlarını gücləndirməlidir.

Press-relizdə deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb. Qeyd edildiyi kimi, APSS alyansın tarixində ən böyük “kosmik imkanlara çoxmillətli investisiya”nı təmsil edir.

Memorandumun imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi “kommersiya və milli kosmik aktivlərdən istifadə etmək və onların istismarı üçün qabaqcıl imkanları genişləndirmək məqsədi ilə 1 milyard dollardan çox vəsait ayıracaq”.


Geri dön