Ana Sayfa > Karusel / Dünya > Radoslav Sikorski: Polşa Rusiya raketlərinin vurulmasını nəzərdən keçirir

Radoslav Sikorski: Polşa Rusiya raketlərinin vurulmasını nəzərdən keçirir


13-07-2024, 14:26. Yazar: Admin

Polşanın xarici işlər naziri Radoslav Sikorski

 

Polşa Ukrayna səması üzərində Rusiya raketlərinin vurulmasını nəzərdən keçirir.

Qarabaginfo.az “Polskie Radio”ya istinadən xəbərinə görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

O bildirib ki, bununla bağlı imkanların nəzərdən keçirilməsi barədə müddəa adıçəkilən ölkə ilə imzalanan Qarşılıqlı müdafiə haqqında razılaşmada yer alıb:

“İndiki mərhələdə, bu, sadəcə ideyadır, lakin biz bu məsələnin reallaşmasının mümkünlüyünü nəzərdən keçirəcəyik. Polşa cəbhəyanı ölkədir və Rusiya bizim hava məkanımızı pozmaqda davam edir” – R. Sikorski belə deyib.


Geri dön