Ana Sayfa > Karusel / Dünya > KTMT: NATO-ya dialoq təkliflərimiz cavabsız qalıb

KTMT: NATO-ya dialoq təkliflərimiz cavabsız qalıb


13-07-2024, 09:32. Yazar: Admin

KTMT: NATO-ya dialoq təkliflərimiz cavabsız qalıb

Həm Rusiya, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəfələrlə NATO-ya təhlükəsizlik sisteminin formalaşdırılması üzrə dialoq təklifləri cavabsız qalıb.

Qarabaginfo.az xəbər verir ki, bunu RİA “Novosti”yə müsahibəsində Rusiyanın təşkilat yanındakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

O deyib ki, ölkəsi daim Qərb ölkələri ilə müzakirə aparmağa hazırdır. V. Vasilyevin sözlərinə görə, Qərb dövlətləri daim həm Qafqazda, həm də İranda vəziyyətin gərginləşməsində maraqlı olub:

"Onlar bu kimi addımlarla daim Rusiyanın təhlükəsizliyinə təhdid yaratmaq niyyətində olublar. Dəfələrlə biz istər hökumət səviyyəsində, istərsə də KTMT daxilində NATO-ya dialoq təklif etmişik, amma bu təkliflərin hamısı cavabsız qalıb. Biz NATO-nun Şimali Atlantika zonasından aşkar şəkildə Asiya-Sakit okean regionuna yönəldiyini müşahidə edirik”.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Avrasiya regionunda təhlükəsizliyin yenidən formalaşdırılması istiqamətdə işlərə başladığını elan edib.


Geri dön