Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanın ən varlı qadınlarından biri Rusiya vətəndaşlığından imtina edib

Qazaxıstanın ən varlı qadınlarından biri Rusiya vətəndaşlığından imtina edib


12-07-2024, 17:35. Yazar: Admin

Qazaxıstanın ən zəngin qadınlarından Aydan Suleimenova Rusiya vətəndaşlığından imtina edib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Süleymanovanın Rusiya pasportundan imtina ərizəsini təmin edən sənədi imzalayıb.

Aydan Süleymenova Qazaxıstan Xarici İşlər Nazirliyinin ilk rəhbəri Tuleutay Suleymenovun qızı və ən zəngin qazax iş adamlarından biri Daniyar Abulgazinin həyat yoldaşıdır.

“Forbes”in məlumatına görə, Süleymanova ADD Invest Properties şirkətinin sahibidir, onun vasitəsilə Kulibayevlər ilə birlikdə Qazaxıstanda bir sıra iri ticarət mərkəzlərini idarə edir.

Qeyd edək ki, Ukrayna ilə genişmiqyaslı müharibə başlayandan sonra ən azı yeddi milyarder Rusiya vətəndaşlığından imtina edib.


Geri dön