Ana Sayfa > Karusel / Region > Papuaşvili: Əhalinin xarici vəsaitin siyasi təsir üçün istifadə edildiyini bilməyə haqqı var
Papuaşvili: Əhalinin xarici vəsaitin siyasi təsir üçün istifadə edildiyini bilməyə haqqı var12-07-2024, 14:40. Yazar: Admin |
Gürcüstan əhalisinin xarici vəsaitin ölkə siyasətinə təsir göstərilməsi üçün istifadə edildiyini bilməyə haqqı var. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O bildirib ki, Avropa ölkələrinin Gürcüstana maliyyə yardımını dayandırmaq qərarının səbəbi xalqın qəbul edilən qrantların hansı təşkilatlara və nə məqsədlə yönəldiyini bilmək istəməsidir. “Biz baxmalıyıq ki, bu qərarlara səbəb nə olub. Səbəb Gürcüstan əhalisinin Fransa, Böyük Britaniya, Polşa, Finlandiya kimi ölkələrdən Gürcüstana qrant axınını izləməkdə maraqlı olmasıdır. Onlar dedilər ki, əgər siz bizim şəffaf olmağımızı istəsəniz, o zaman maliyyələşdirməni dayandırarıq. Belə münasibət təəssüf doğurur. Şəffaflıq həm ölkə daxili inkişafın, həm də digər ölkələrlə əlaqələrin əsasını təşkil edir. Gürcüstan xalqının da fransızlar, almanlar, finlər, amerikalılar və ingilislər kimi Gürcüstana maliyyə axını və siyasi təsir üçün vəsaitin ayrılması barədə məlumat almaq hüququ var", - Papuaşvili qeyd edib. Geri dön |