Ana Sayfa > Karusel / Siyasət > Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər

Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər


12-10-2020, 13:35. Yazar: Admin

 

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri hazırda Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidədirlər.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. 

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər. 


Geri dön