Ana Sayfa > Karusel / Region > Spiker: “Gürcüstanda nifrət və terror kampaniyaları bir çox hallarda Avropadan maliyyələşib”

Spiker: “Gürcüstanda nifrət və terror kampaniyaları bir çox hallarda Avropadan maliyyələşib”


11-07-2024, 20:53. Yazar: Admin

Spiker: “Gürcüstanda nifrət və terror kampaniyaları bir çox hallarda Avropadan maliyyələşib”

Avropa və amerikalı rəsmilər ötən iki ildə Gürcüstanın radikal QHT-ləri maliyyələşdirməməsinə dair xəbərdarlıqlarına laqeydlik nümayiş etdirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial media paylaşımında qeyd edib.

“Ötən iki ildə mən avropalı və amerikalı diplomatlara və bürokratlara xəbərdarlıq etmişəm ki, radikalların Aİ büdcəsindən maliyyələşdirilməsi, saxta QHT sxemlərindən istifadə edilməsi bizim ölkəmizə ziyan vurur. Mən dəfələrlə onları Avropa adından aparılan və bir çox hallarda Avropadan maliyyələşən nifrət və terror kampaniyalarını qınamağa çağırmışam. Mən həmçinin xəbərdarlıq etmişəm ki, onların susqunluğu zorakılığın təsdiqlənməsi kimi qəbul edilə bilər. Təəssüf ki, yeganə reaksiya laqeydlik və özünütənqidsizlikdir”, - Papuaşvili qeyd edib.


Geri dön